"ABRAU-DURSO" ŞQ-NUN ŞƏRABI BEYNƏLXALQ “DECANTER 2021” MÜSABIQƏSINDƏ 14 MEDAL QAZANDI

Londonda keçirilən "Decanter World Wine Awards 2021" məşhur dequstasiya müsabiqəsində "Abrau-Durso" Şirkətlər Qrupunun kolleksiyalarından olan qazlı və qazsız şərablar 14 mükafata - yeddi gümüş və yeddi bürünc medala layiq görülüb.

 

Bu ilin yarışması müsabiqənin on yeddi illik tarixində ən böyük müsabiqə oldu: 15 gün ərzində 170 mütəxəssisdən ibarət münsiflər heyəti dünyanın əlli altı ölkəsindən olan rekord sayda - 18 094 nümunəni tədqiq etdilər. Komissiyanın tərkibinə dünya səviyyəli ekspertlər daxil oldular, onlardan 44-ü “Master of Wine”, 11-i isə “Master Sommelier” tituluna layiq görülənlər idilər. Rusiyadan olan istehsalçılar arasında ən çox mükafata “Abrau-Durso” ŞQ-nun şərabı layiq görülüb.

 

"Abrau-Durso" ŞQ-nun kolleksiyalarından nümunələr hər il ən məşhur beynəlxalq ekspert müsabiqələrində iştirak edir, davamlı olaraq yüksək nəticə nümayiş etdirir. “Decanter World Wine Awards 2021” müsabiqəsinin nəticələrinə görə gümüş mükafata klassik köpüklü şərablar 2015-ci ilin “Imperial Rosé Brut” şərabı, 2017-ci ilin “Victor Dravigny Extra Brut” şərabı, 2018-ci ilin “Victor Dravigny Rosé Brut” şərabı, eləcə də köpüklü şərablar - 2017-ci ilin "Vinodelni Vedernikov" - "Sibirkoviy" / "Tsimlyanski Çyornıy Extra Brut” və 2017-ci ilin "Tsimlyanski Çyornıy Brut” şərabları layiq görülüblər.

 

İki gümüş medala 2018 və 2019-cu illərin və mükafat kolleksiyasından olan"Şardone Abrau-Durso" layiq görülüb. Bu şərabların zərif teksturalı və mineral notlara malik yumşaq, yuvarlaq tamı, təravətləndirici turşuluğu və damaqda qalan dadı var. Buketdə ədviyyatlı vanilin, yetişmiş şəffaflığın, çəmən çiçəklərinin ətirləri üstünlük təşkil edir, həmçinin palıdın incə nüansları hiss olunur. Onlar “Abrau-Durso”nun ən yaxşı sahələrində becərilən "şardone" üzüm növündən istehsal olunub. 2021-ci ildə 2018-ci ilin "Şardone Abrau-Durso" şərabı artıq “Mundus Vini” adlı daha bir nüfuzlu dequstasiya müsabiqəsində qızıl mükafata və “Best of Show” adına layiq görülmüşdü.

 

Bürünc mükafatlara layiq görülənlər: "Vinodelni Vedernikov" şirkətinin 2016-cı ilin "Imperial Vintage Brut” kolleksiya köpüklü şərabı, 2017-ci ilin "pino-nuar"” Brut d'Or Blanc de Noirs” üzüm şərabı, 2017-ci lin “Victor Dravigny Brut” şərabı və 2017-ci ilin "Sibirkovıy Extra Brut” şərabı oldu. Qazsız şərablar arasında "Vinodelnıy Vedernikov" şirkətinin 2018 və 2019-cu illərin "Rislinq Abrau-Durso", həmçinin 2014-cü ilin "Kaberne-Sovinyon" şərabları bürünc mükafar qazanıb.

 

"Decanter World Wine Award (DWWA) - şərab dünyasında ən nüfuzlu müsabiqələrdən biridir. O, 2004-cü ildən etibarən hər il Londonda keçirilir. Münsiflər əvvəlcədən bölgə, üzüm növü, qiymət kateqoriyaları üzrə paylanmış şərabları qiymətləndirirlər, bu zaman istehsalçı və markanın adı da onlara məlum olmur. Qiymətləndirmədən sonra sınaqların nəticələri hər medal üçün qarşılıqlı razılıq əldə etmək üçün müqayisə olunur. Mükafatlar Decanter beynəlxalq reytinqinin və dünyanın bir çox aparıcı şərab tənqidçilərinin istifadə etdiyi 100 ballıq qiymətləndirmə sisteminə uyğun olaraq təqdim edilir.