"ABRAU-DURSO" DÜNYA KÖPÜKLÜ VƏ QAZSIZ ŞAMPAN ŞƏRABLARI BAZARININ "YÜKSƏLƏN ULDUZU" ADINA LAYIQ GÖRÜLÜB

Iyirmi altı noyabrda Böyük Britaniyada "Champagne & Sparkling Wine World Championships 2021" mükafatlandırma mərasimində şampan və köpüklü şərabların ən nüfuzlu beynəlxalq dequstasiya müsabiqəsi qran-prisinin nəticələri elan edildi. Rus şərab evi "Abrau-Durso", hər il ən perspektivli istehsalçının qeyd olunduğu Rising Star nominasiyasında sensasiyalı şəkildə dünya çempionu oldu. Bu il müsabiqədə 19 ölkədən 170-dən çox şərab istehsalçısıı iştirak edib. Köpüklü və şampan şərablarını Moyot & Chandon, Veuve Clicael, Dom Ruinart, Louis Roederer, Ferrari Trento, Cantina Settecani və bir çox digər kateqoriyanın əfsanəvi nümayəndələri təmsil edirdi.

 

və dünya sənaye liderləri ilə birlikdə müsabiqənin finalçıları siyahısına düşdü. "The Tony Jordan Rising Star Award" Mükafatı, Avstraliyada köpüklü şərab istehsalının qabaqcıllarından biri, 2019-cu ildə vəfatına qədər münsiflər heyətinin üzvü olan görkəmli şərabçı Toni Cordanın şərəfinə adlandırılıb.

 

Əvvəllər məlum olub ki, "Champagne & Sparkling Wine World Championships 2021" müsabiqəsi "Abrau-Durso" Rus Evinə iki ən yüksək mükafat gətirdi. Qızıl medal ilə 2018-ci ilin məhsulu Victor Dravigny Brut köpüklü şərabı təltif olunub və o, milli çempion titulunu qazandı. 2018-ci ilin Brut d'Or Blancde Blancs şərabı gümüş medal qazandı.

 

"Mən qürur hissi ilə doluyam. Şübhəsiz ki, biz yüksək liqadayıq və şərab dünyasının ən böyükləri ilə bərabər oynayırıq, Olimpiadanın fəxri yerlərini Dom Ruinart, Ferrari Trento, Louis Roederer, Palmer & Co, Henriot və Cantina Settecani ilə bölüşürük. Bu, həm "Abrau-Durso" üçün, həm də bütün yerli şərabçılıq üçün böyük və həqiqətən əlamətdar bir etirafdır", - deyə "Abrau-Durso" Şirkətlər Qrupunun prezidenti Pavel Titov hadisəni şərh etdi.

 

“Champagne & Sparkling Wine World Championships” - Beynəlxalq şampan və köpüklü şərab müsabiqəsidir. Onun əsas məqsədi istehsalçıları təşviq etmək və stimullaşdırmaq, bütün dünyada köpüklü şərabların keyfiyyətini və statusunu artırmaq, həmçinin istehlakçıları müxtəlif ölkələrdən ən yaxşı nümunələrlə tanış etməkdir. Müsabiqənin əsası ingilis şərab tənqidçisi, yazıçı və jurnalist Tom Stivenson tərəfindən 2014-cü ildə Böyük Britaniyada qoyulub. Beynəlxalq səviyyədə tanınmış ekspert 25-dən çox dilə tərcümə edilmiş köpüklü və şampan şərabları haqqında onlarla kitab nəşr etdirib. Stevenson 30-dan çox ədəbi və peşəkar mükafat qazanıb və üç dəfə "İlin Şərab Yazıçısı" seçilib.

 

2021-ci ildə CSWWC rəqabətli dequstasiyalarına rekord sayda nümunə təqdim edildi. Tom Stivensonun başçılıq etdiyi ekspert münsiflər heyəti iki həftə ərzində on doqquz ölkənin ən yaxşı istehsalçılarından mindən çox şərabın qiymətləndirilməsini apardılar. Iştirakçıların sayına görə unikal şərabçılıq tarixinə malik ölkələr - Italiya, Fransa və Böyük Britaniya rekordçular oldu.

 

"Bizim missiyamız təkcə yüksək keyfiyyətli köpüklü və şampan şərablarını beynəlxalq səviyyədə təbliğ etmək deyil, bununla yanaşı, həm də hər il dünyanın tanınmış, həm də inkişaf etməkdə olan şərab bölgələrindən yeni, təəssürat bağışlayan nümunələri kəşf etmək və mükafatlandırmaqdan ibarətdir", - Tom Stevenson 2021-ci il müsabiqəsinin yekunlarını şərh edərkən deyib.

 

Ənənəvi olaraq "Abrau-Durso" rus şərab evi dünyanın Decanter, Mundus Vini və s. kimi ən məşhur dequstasiya müsabiqələrində iştirak edir. Hər il "Abrau-Durso"nun köpüklü və qazsız şərabları beynəlxalq səviyyəli ekspertlərin ən yüksək qiymətlərini alır. CSWWC 2021 mükafatları - "Abrau-Durso" rus şərab evinin Rusiyanın aparıcı köpüklü şərab istehsalçısı statusundakı tarixinin başqa bir dövrü, həmçinin bütün Rusiya şərabçılığı üçün ən vacib nailiyyətdir.

 

"Champagne & Sparkling Wine World Championships 2021” müsabiqəsinin nominasiyaları barədə: https://www.champagnesparklingwwc.co.uk/results/results-2021/