"SVVR KUBOKU - 2021" DEQUSTASİYA MÜSABIQƏSININ NƏTICƏLƏRI: "ABRAU-DURSO" KÖPÜKLÜ ŞƏRABLARI − RUSIYADA ƏN YAXŞILARIDIR

Hər il keçirilən "SVVR Kuboku - 2021" müsabiqəsi bir daha Rusiyanın şərab sənayesində ən əhəmiyyətli hadisələrdən biri oldu: "Abrau-Durso" rus şərab evinin köpüklü şərabları eyni vaxtda bir neçə nominasiya üzrə qalib gəldi. Klassik şampanlaşdırma texnologiyası ilə yaradılmış şərablar arasında ən yaxşısı 2016-cı ilin "Imperial" Vintage Brut kolleksiya şərabı oldu. Rezervuar üsulu ilə yaradılmış köpüklü şərablar arasında "SVVR Kuboku"na Rus şərab evinin yenisi – “Abrau Durso Reserve Brut Rose” layiq görüldü. Ümumilikdə "Abrau-Durso" ŞQ-nin bütün köpüklü şərab nümunələri 11 qızıl və 2 gümüş medalla təltif olundu.

 

 

"SVVR kuboku" dequstasiya müsabiqəsi onuncu dəfə idi ki keçirilirdi. İlk mərhələ sentyabrın 30-da Moskvada baş tutmuşdu: dequstasiya zamanı münsiflər heyəti 50-dən çox şərab zavodunda istehsal olunmuş 307 nümunəni qiymətləndirmişdilər. Birinci mərhələnin komissiyasına aparıcı şərab tənqidçiləri, ekspertlər və şərabsüzənlər daxil idi. Müsabiqədə Rusiya ərazisində yetişdirilən üzümdən istehsal olunmuş lisenziyalı şərab məhsullarının iştirak etməsinə icazə verilirdi. Tədqiqata təqdim olunan nümunələrin coğrafiyası ölkənin əsas şərab bölgələrini: Dağıstan, Krasnodar diyarı, Krım, Rostov vilayəti və Aşağı Volqanı əhatə edir. Şərab altı nominasiya üzrə qiymətləndirilirdi: "ağ quru qazsız şərab", "qırmızı quru qazsız şərab", "spirt qatılmış (likör) şərab", "klassik üsulla istehsal edilmiş köpüklü şərab", "rezervuar üsulu ilə istehsal edilmiş köpüklü şərab". 

 

 

Birinci mərhələnin nəticəsi ən yüksək qiymətə malik şərabların siyahısı oldu, müsabiqənin ikinci mərhələsində iştirak etmək üçün nümunələrin 30% -dən çoxu seçildi. Bütün şərablar OIV, Beynəlxalq Üzüm və Şərab Təşkilatının qaydalarına əsasən qiymətləndirilirdi. Dequstasiya müsabiqəsinin ikinci və final mərhələsi 15-16 oktyabr tarixlərində Abrau-Dursoda keçirildi. Burada təmsil olunan şərablara dünya şöhrətli britaniyalı şərab yazıçısı və eksperti Oz Klarkın (Oz Clarke) başçılıq etdiyi ekspert komissiyası qiymət verirdi. "SVVR Kubokları - 2021"-in taleyini ən yaxşı nümunələrin yekun "kortəbii" dequstasiyası müəyyənləşdirdi. 

 

"

SVVR Kuboku - 2021" müsabiqəsinin nəticələri oktyabrın 18-də X Ümumrusiya Şərabçılar Sammitində elan edildi. "Abrau-Durso" şirkətlər qrupu mükafatların bəhrəsini topladı: on bir qızıl və iki gümüş medal. Əsas nailiyyət iki köpüklü şərab nümunəsinin qələbəsi oldu. Klassik şampanlaşdlrma texnologiyası ilə yaradılmış "SVVR kuboku" nominasiyasında 2016-cı ilin "Imperial" Vintage Brut kolleksiya şərabını qalib oldu. Bu şərab “Abrau-Durso” üzüm bağlarının ən yaxşı üzüm sahələrindən yığılmış "şardone" və "rislinq" sortlarının bir illik məhsulunun komplektindən ibarətdir. Komplektə köpüklü növlər üçün klassik olan "rislinq" sortu əlavə edilmiş "şardone" növü daxildir. O, "Abrau-Durso" üçün xüsusilə vacibdir: "rislinq" məhz 150 il əvvəl bu terruarda ilk dəfə əkilib. Əlavə fermentasiya "Imperial" Vintage Brut Abrau-Durso-nun dağ tunellərində aparılır, şərab 5 ilə qədər yağıntıda saxlanılır. 2016-cı ilin "İmperial Vintage Brut” məhsulu incə açıq qızılı çalarları, bərq vuran parıltısı, həmçinin brioş, alma mürəbbəsi və ərinmiş qaymağın tonları ilə stəkanda açılan dərin buketi ilə seçilir. Şərabın təzə dadı parlaq alma-sitrus çalarları ilə xarakterizə olunur, mineral dad klassik yumşaq brut tərkibinin mükəmməlliyini tamamlayır.

 

 

Rezervuar üsulla istehsal olunan köpüklü şərablar arasında "SVVR Kuboku"nda yenilik olan “Abrau Durso Reserve Brut Rose” layiq görüldü. Qalib şərab öz kateqoriyası üzrə yeni səviyyə nümayiş etdirən “Abrau Durso Reserve” xəttinin bir hissəsidir. Eynilə komplekt kimi, şarma üsulu ilə vinifikasiya “Abrau-Durso” ŞQ-nun şərabçı direktoru, Şampan regionunun aparıcı istehsalçıları ilə uzun illər iş təcrübəsi olan görkəmli mütəxəssis Corc Blanın şəxsi nəzarəti altında həyata keçirilir. Yeni nümunələrin ən vacib özəlliyi daha uzun yetişmə müddətidir ki, bu da etiketdə “Rezerve” sözü ilə qeyd olunur, o, ən azı üç ay təşkil edir. Abrau Durso Reserve Brut Rose "pino-nuar", "pino-fran" və "kaberne-sovinyon" sortlarından istehsal olunur. Bu çəhrayı brüt buketində qırmızı meşə giləmeyvələri, ilk növbədə moruq və çiyələklər üstünlük təşkil edir. Şərab zərif və eyni zamanda universal, böyük qastronomik potensiala malik olmaqla hazırlanıb. Gümüş medala həmçinin kolleksiyanın ikinci nümunəsi – “Abrau Durso Reserve Brut” layiq görüldü.

 

 

"Rusiyada ən yaxşı köpüklü şərab istehsal etdiyimizi təsdiqləyən "SVVR Kuboku" müsabiqəsinin ən yüksək mükafatlarını almaq bizim üçün böyük şərəfdir. Və çoxdan gözlənilən qələbənin Abrau-Dursonun 150 illik yubileyi ilinə təsadüf etməsi bizə xüsusi qürur hissi bəxş edir və yeni uğurlara ruhlandırır ", - deyə "Abrau-Durso" Şirkətlər qrupunun prezidenti Pavel Titov bildirmişdir.

 

 

Müsabiqənin nəticələrinə görə "Abrau-Durso" ŞQ-nun kolleksiyasından olan digər köpüklü və qazsız şərablar da yüksək nəticə göstərib. Qırmızı quru şərab kateqoriyasında qızıl medallara 2017 və 2018-ci illərin "Kaberne Sovinyon Abrau-Durso", həmçinin 2017-ci ilin "Qubernatorskiy Reserv" şərabı və "Vinodelni Vedernikov"-un əfsanəvi 2018-ci ilin "Krasnostop Zolotovski" şərabı layiq görülüb. Quru ağ şərab kateqoriyasında qızıl medallara 2019-cu ilin "Rislinq Abrau-Durso" şərabı  layiq görülüb, "Vinodelnya Vedernikov" da 2020-ci ilin "Sibirkovıy" şərabına görə qızı medal qazanıb. Klassik köpüklü şərablar kateqoriyasında "qızıl"-a eyni zamanda dörd şərab layiq görülüb: "Imperial Cuvee 2015”, “Brut D 'or Blanc de Blancs 2018”, “Victor Dravigny Brut Rose 2018” və “Victor Dravigny Brut 2018”. "Vinodelni Vedernikov" köpüklü şərablar kolleksiyasından nümunə olan 2017-ci ilin "Tsimlyanski çyornıy/Sibirkovıy 50/50" də yüksək qiymətləndirildi. Gümüş medala həmçinin "Vinodelniy Vedernikov"-un 2018-ci ilin "Kaberne Sovinyon" şərabı da layiq görüldü.