“İpək və şərab yolları turu” – bayram günlərində sizə özəl təklif!
Səyahətimiz 1870 Abrau-Durso restoranında ləzzətli səhər yeməyi ilə başlayır və qədim Şamaxı şəhərindən keçərkən ipək yolunun qəlbinə - Şəki şəhərinə doğru davam edir.
Tur zamanı öz əllərinizlə kəlağayı üzərində naxış yaratmağınızı təsəvvür edin, şəbəkə pəncərələrinin hazırlanmasını seyr edib bu çətin işdə də özünüzü sınayın!
Və bu da son deyil! Şəki Şərab zavodu sizə, unikal şərab növlərini dadmağınız üçün qapılarını açacaq!
Qədim Kiş kəndini ziyarət edərkən zamanın sanki donmağını hiss edəcəksiniz. Siz əsrlərin nəfəsini hiss edib, bir anlıq bu dünyanın bir parçasına çevriləcəksiniz.
“İpək və şərab yolları turu” tarix ilə qovuşub özünü zəngin irsinin bir parçası kimi hiss edib və yeni biliklərə nail olmaq qaçırılmaz bir fürsətdir. Səyahətin sonunda isə hər bir iştirakçı bu unikal təcrübənin xoş xatirələrini yadda saxlamaq üçün xüsusi bir hədiyyə alacaq!