“İpək Yolu” Şəki Beynəlxalq Musiqi Festivalı

5-7 iyul tarixlərində qədim Şəki şəhərində XIII Beynəlxalq “İpək Yolu” Musiqi Festivalı keçirildi. Tədbir, müxtəlif ölkələrdən tanınmış ifaçılar və musiqi kollektivlərini bir araya gətirərək qonaqlara unudulmaz konsertlər və çıxışlar təqdim etdi.

Festival iştirakçılarının Azərbaycan şərabçılıq tarixini və mədəniyyətini təbliğ edən Az Abrau Muzeyini ziyarət etməsi xüsusi diqqətə layiq görüldü. Qonaqlar yerli şərablardan dadıb, muzeyin unikal mühit ilə tanış oldular  və ənənəvi sənətkarlıq ustad dərslərinə qatıldılar. Bütün bunlar tədbiri daha parlaq və yadda qalan etdi.